
Bakı. Trend:
Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da
genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün
maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən
ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7
mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji
hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın
maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə
verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% və
ya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinə
verilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6
mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonu
ilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, o
cümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manat
artaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamının
yüksək olmasının göstəricisidir.
Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd
təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan,
özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank III
Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə
rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında
mükafat qazanıb.
Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı
çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını
ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün
zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin
qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz
küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem,
su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bank
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bankçılıq
Mükafatları – 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və
“Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə
mükafatla təltif edilib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış
nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı
keçidə daxil
olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və
xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng
edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya
sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.)
səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…



























