Advertisement

AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Sizin yerli Avropa bankınız – AccessBank, 2024-cü ilin 1-ci rübü
üzrə maliyyə nəticələrini açıqlayır. Hesabat dövründə müştərilərə
etibarlı maliyyə xidmətləri təklif etməklə AccessBank, bazarda
mövqeyini möhkəmləndirməyi davam edir.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

AccessBank, 2024-cü ilin 1-cü rübü ərzində əsas maliyyə
göstəriciləri üzrə dinamik artım nümayiş etdirib, hesabat dövründə
Bankın xalis mənfəəti 16.5 milyon manat təşkil edib.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

Faiz gəlirləri 24.5% artaraq, 53.1 milyon manata çatıb. Xalis
faiz gəlirləri isə 38.9% artaraq 33.2 milyon manata qədər yüksəlib.
Qeyri-faiz gəlirləri 4.1 milyon manat təşkil edir. Xalis əməliyyat
mənfəəti isə 1.9 dəfə artaraq, 16.2 milyon manata çatıb.

Nəticədə, Bankın məcmu kapitalı 155.5 milyon manata yüksəlib ki,
bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən
olunmuş minimum tələbdən 3 dəfə çoxdur.

Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi
strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə
müqayisədə cəmi kredit portfelini 17.9% (157.6 milyon) artıraraq
1,035 milyon manata yüksəltmişdir.

Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə
verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş
kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə
18.9% (127.5 milyon) artaraq 801.6 mln manat təşkil edib.

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9%
artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatıb.

Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə
2% artaraq 965.4 milyon manat təşkil edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən kiçik və
orta bizneslərə
xidmət göstərir. Bankın səhmdarları sırasında
Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın
14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir
və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə
davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar
.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün
151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya
bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)
müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən
25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında
fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu,
Tbilisi prospekti 3 ünvanında yerləşir.