Advertisement

Xalq Bank I rübün yekunlarını açıqladı

Bakı. Trend:

2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl
banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji
dövrünün sonu ilə müqayisədə 12.5% artaraq 3 mlrd manatı keçmiş,
kredit portfelinin həcmi 2.3% artaraq 1 853.7 mln manat təşkil
etmişdir.

Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları
istisna olmaqla depozitlərinin həcmi 2 226.8 mln manat təşkil
etmişdir ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə
17.1%, yəni 325.3 mln manat çoxdur.

2024-cü ilin I rübünün sonuna Bankın xalis mənfəəti ötən ilin
analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5.3 mln manat
artaraq 16.5 mln manat, cəmi kapitalı 461.4 mln manat təşkil
etmişdir.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit
portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla,
depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl
banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.