
Bakı. Trend:
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti
açıqlayıb.
Qurum “İmişli”nin şikayətinə baxıb. I Liqanın XX turu
çərçivəsində keçirilən “Mingəçevir” – “İmişli” oyununun 80-ci
dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə
alan Gilyerme Silvanın 2 oyun cəzalanması, klubun 150 manat cərimə
edilməsinə yenidən baxılıb.
Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş
hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək.
Ona 3 ay sınaq müddəti verilib. Cərimə isə qüvvədə saxlanılıb.





























