Advertisement

Dünya çempionatı üçün Milli Gimnastika Arenasına baxış keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Minifutbol Federasiyasının nümayəndələri Milli
Gimnastika Arenasında baxış keçirəcəklər.

Trend İdman.biz
istinadən xəbər verir ki, onlar mayın 20-də Bakıya gələcəklər.

Qurumun üzvləri arenanı dünya çempionatının keçirilməsi üçün
nəzərdən keçirəcəklər. Mundialın təşkilatçılıq ilə bağlı yeganə
rəqibimiz isə Səudiyyə Ərəbistanıdır.

Qeyd edək ki, son dünya çempionatı BƏƏ-nin Ras Əl-Xayma
şəhərində baş tutub. Millimiz yarışda 4-cü olub.