Advertisement

Hədəfimiz kubok və liqada çempionluqdur – Murat Dikmen

Bakı. Trend:

İlk periodda əldə etdiyimiz 31:14 hesablı fərq oyunun gedişatını
açıq-aydın təsir göstərdi.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Azərbaycan kubokunda finala yüksələn
“Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis turnirin yarımfinalında NTD-İNDİQO üzərində
qazanılan qələbəni şərh edib: “Komandanı təbrik edirəm, bu gün çox
yaxşı mübarizə apardılar. Oyuna nəzarət bizim əlimizdə idi.
Çempionatda “Sərhədçi” ilə matçdakı məğlubiyyətdən sonra müdafiədə
zəiflədiyimizi, konsentrasiyamızın itirdiyimizi gördük. Ona görə
də, bu həftə müdafiə məşqlərinə üstünlük verdik. İkinici periodda
komandada yorğunluq hiss olundu. Bunu da normal qarşılayıram çünki
yerli oyunçularımız meydanda demək olar ki, fasiləsiz mübarizə
apardı. Üçüncü 10 dəqiqədə isə yenidən istədiyimiz oyunu göstərdik.
Son perioda da ssenari istədiyimiz kimi davam etdi. Hər zaman
dediyim kimi, komandamla qürur duyuram. Hər biri əlindən gələnin ən
yaxşısını edir. İlk gəldiyim gün də demişdim ki, önəmli yaxşı
komanda olmaqdır. Hədəfimiz kubokda və liqada çempionluqdur. Bu
görüşdə qalibiyyət haqqımız idi. Artıq 3 gün sonrakı final matçına
köklənməliyik”.

Qeyd edək ki, “Xəzri” 78:73 hesabı ilə qalib gəlib.