Advertisement

“Xəzri” və “Neftçi” finalda – Trend.Az

Bakı. Trend:

Bu gün basketbol üzrə Azərbaycan kubokunda yarımfinal
mərhələsinin oyunları keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, hər 2 matç Bakıda “Sərhədçi” İdman
Mərkəzində baş tutub.

Günün ilk oyununda NTD-İNDİQO “Xəzri” ilə qarşılaşıb. Hər 2
komandanın finala çıxmaq şansları bərabər idi. İlk periodda 17
xallıq fərq əldə edən paytaxt basketbolçuları üstünlüyü sonadək
qoruyub.

Digər cütdə isə “Neftçi” ilə “Sərhədçi” üz-üzə gəlib. Matç
“ağ-qaralar”ın üstünlüyü ilə keçib və onlar asan qələbə
qazanıblar.

Qeyd edək ki, kubokun finalı aprelin 20-də olacaq. Oyun saat
15:00-da start götürəcək.

Azərbaycan kuboku
Yarımfinal
17 aprel

16:00. NTD-İNDİQO – “Xəzri” – 73:78 (14:31, 24:15, 17:13,
18:19)
19:30. “Neftçi” – “Sərhədçi” – 91:73 (31:22, 21:20, 20:16,
19:15)