
Bakı. Trend:
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun
vurulub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç
baş tutub.
“Mançester Siti” İngiltərədə “Real”la üz-üzə gəlib. Madriddə
məhsuldar sülhə imza atan rəqiblər bu dəfə də sülhə razılaşıblar.
Hesabı madridlilər açsalar da, mançesterlilər bərabərlik qolunu
vura biliblər. 120 dəqiqə ərzibdə qalib müəyyənləşmədiyi 11 merlik
zərbələr seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan “Real”
cütün qalibi olub.
Münhendə “Bavariya” “Arsenal”ı sınağa çəkib. Kimmixin vurduğu
qol almanları yarımfinala yüksəldib.
Qeyd edək ki, yarımfinalda “Borussiya D” – PSJ, “Bavariya” –
“Real” matçları baş tutacaq. Oyunlar mayın 2-də və 9-da
keçiriləcək.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Bavariya” – “Arsenal” – 1:0
Qol: Kimmiz, 63
İlk oyun – 2:2
23:00. “Mançester Siti” – “Real” – 1:1, 0:0, pen. 3:4
Qollar: De Bruyne, 76 – Rodriqo, 12
İlk oyun – 3:3





























