Advertisement

Energetika naziri ABŞ-yə səfər edib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının
prezidenti Dennis Francisin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına
(ABŞ) səfər edib.

Trend xəbər verir ki, nazir 19 aprel tarixində Nyu-York
şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi
çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan
qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda
tematik müzakirələrdə iştirak edəcək.

Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə
keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə
investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı
gözlənilir.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə
tutulur.