Advertisement

Azərbaycandan Rusiyaya daha 612 min ədəd yumurta idxal edilib

[ad_1]

Bakı. Trend:

Azərbaycandan Rusiyaya 612 min ədəd daha iki partiya ərzaq
yumurtası gətirilib. Ümumilikdə, yanvarın 25-nə Azərbaycandan
Rusiya Federasiyasına 4,2 milyon ədəd yumurta daxil olub.

Trend xəbər verir
ki, bu barədə Rosselxoznadzorun məlumatında deyilir.

“Yanvarın 25-də Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar
keçid məntəqəsi vasitəsilə Azərbaycandan daha 36 ton (612 min ədəd)
həcmində iki partiya ərzaq yumurtası gətirilib. Yanvarın 25-nə olan
məlumata görə ümumilikdə Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd
qida yumurtaları idxal edilib. ”, – deyə mesajda qeyd edilib.

Agentliyin məlumatına görə, yanvarın 25-də Rosselxoznadzorun
rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında telefon danışığı
olub.

Dankvert Rusiyaya yeməli yumurta tədarükünü artırdığına görə
Təhməzliyə minnətdarlığını bildirib, bunun həm Azərbaycan, həm də
Rusiya istehsalçılarının ixracını artırmaq üçün stimul olduğunu
qeyd edib.

“Ölkələr arasında iqtisadi əlaqələr durmadan inkişaf edir.
Rusiya və Azərbaycan ümumilikdə kənd təsərrüfatı məhsulları üzrə
ticarət dövriyyəsinin gələcək artımı üçün böyük perspektivlər
görürlər”, – deyə departament qeyd edir.

“Rosselxoznadzor” həmçinin bildirir ki, Azərbaycan Rusiyaya
etibarlı tərəfdaş və aparıcı tərəvəz və meyvə ixracatçılarından
biri olaraq qalır.

[ad_2]

Source link

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir