Advertisement

Dünya çempionatında iştirak edəcək Avropa klubları dəqiqləşib

Bakı. Trend:

Klublararası dünya çempionatında iştirak edəcək sonuncu Avropa
təmsilçisi bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, “Köhnə qitə”dən son vəsiqəni “Zalsburq”
qazanıb.

Avstriya klubu 2025-ci ildə təşkil olunacaq turnirdə Avropanın
12-ci komandası olacaq. Buna səbəb “Arsenal”ın Çempionlar Liqasının
1/4 finalında “Bavariya”ya uduzmasıdır.

Zalsburqlulara qədər “Mançester Siti”, “Çelsi”, “Real”,
“Bavariya”, PSJ, “İnter”, “Porto”, “Benfika”, “Borussiya” D,
“Yuventus” və “Atletiko” da Avropanı mundialda təmsil etmək hüququ
qazanıb.

Qeyd edək ki, 32 komandanın qatılacağı yarış 2025-ci ilin
yayında ABŞ-də keçiriləcək.