
PAŞA Sığorta nümunəvi sürücülər üçün Tam KASKO könüllü avtomobil
sığortası üzrə endirim kampaniyası elan edir. Kampaniya şərtlərinə,
əsasən, icbari sığorta üzrə sürücülük tarixçəsində qəza qeydə
alınmayan müştərilər fərdi Tam KASKO sığorta məhsulunu 20%-dək
endirimlə əldə etmək imkanına sahib olacaq.
Belə ki, 17 aprel-17 may tarixlərində icbari avtomobil sığortası
üzrə bonus- malus endirimi 5% və daha çox olan sürücülərə könüllü
avtomobil sığortası üzrə endirim tətbiq olunacaq. İcbari sığorta
üzrə 5%, 10% və 15% Bonus- Malus endirimi olan şəxslər Tam KASKO
sığortası üzrə də müvafiq olaraq üzrə 5%, 10% və 15% endirim əldə
edəcək. İcbari sığorta üzrə Bonus- Malus endirimi 20% və daha artıq
olan şəxslər isə Tam KASKO sığortasına 20% endirim əldə edəcək.
Qeyd edək ki, Qeyd edək ki, kampaniya yalnız 1 illik, sığorta haqqı
500 AZN və daha çox olan mövcud və yeni Tam KASKO sığortası
müştərilərinə şamil edilir.
Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı
məlumat üçün *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya
və ya
https://store.pasha-insurance.az/campaign/page?token=bfqEsTYWwMM=
keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı,
avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri,
əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və
avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA
Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/)
səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə
bilərsiniz.
Kampaniya haqqında ətraflı məlumat üçün keçid edin: https://cutt.ly/Yw5qX5fG
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta
şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun
üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA
Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və
maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə
“Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta
yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri
ilə sığorta bazarının lider və ən böyük sığorta
şirkətlərindəndir.



























