
Bakı. Trend:
Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 4 matç baş
tutub.
“Fənərbağça” Yunanıstanda uduzduğu “Olimpiakos”dan revanş alsa,
cütün taleyini 11 metrlik zərbələr seriyası həll edib. 3 dəfə “ağ
nöqtə”dən dəqiq ola bilməyən İstanbul klubu mübarizəni
dayandırıb.
“Lill” – “Aston Villa” matçının da qalibi lotereyada bəlli olub.
İngiltərə təmsilçisi daha dəqiq olaraq, yarımfinala yüksəlib.
“Brügge” PAOK-u, “Fiorentina” isə “Viktoriya”nı iki oyunun
nəticəsinə görə məğlub edib.
Qeyd edək ki, Konfran Liqasının yarımfinalda “Fiorentina” –
“Brügge”, “Aston Villa” – “Olimpiakos” matçları keçiriləcək.
Mərhələnin oyunları mayın 2-də və 9-da baş tuatacaq.





























