Advertisement

1-ci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2052 müraciət daxil olub

Bakı. Trend:

2024-cü ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli
qurumlara 2052 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 1662-si müvafiq qaydada icra edilib, 240-ı isə
məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və
digər). 150 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki
şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar
vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji,
icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların
rəhbər vəzifəli şəxsləri tərəfindən 87 vətəndaş qəbul edilib və
qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə
uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.