Advertisement

Bakıda Dünya kuboku start götürür

Bakı. Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli
yarış start götürəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil
ediləcək Dünya kuboku 3 gün davam edəcək.

Yarışda 41 ölkəni təmsil edən 116 gimnast mübarizəyə
qoşulacaq.

Gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup
hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük
proqramında mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast
və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil
olunacaq 10-cu Dünya kuboku olacaq.