Advertisement

AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, Masallı
şəhərində M.Talışxanov küçəsində yerləşən 19-cu regional filialının
açılışı ilə sahibkarlıq fəaliyyətinin təşviqi və maliyyə
inklüzivliyinin təkmilləşdirilməsi sahəsində fəaliyyətini davam
etdirir. Bu genişlənmə AccessBank-ın ölkə daxilində, xüsusən də
cənub-şərq regionunda vacib maliyyə xidmətləri göstərmək
missiyasında mühüm addımdır.

Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə
həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi,
əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul
köçürmələri, valyuta mübadiləsi və s. daxildir.

Bu strateji genişlənmə AccessBank-ın regionlarda fəaliyyətinin
genişləndirilməsinin və keyfiyyətli bank xidmətlərinin
göstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasına
uyğundur.

“Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bank
xidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasının
prioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləri
peşəkar komandamızın xidmətindən yararlana bilər. AccessBank
2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisini
açır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı.
Biz il ərzində müxtəlif regionlarda filiallar açmağı
planlaşdırırıq”, – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit
Tsiklauri bildirib.

Masallı filialının açılması AccessBank-ın yerli əhaliyə
keyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm də
ölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və orta
sahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Strateji
regional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşma
vasitəsilə AccessBank, Azərbaycanda maliyyə inklüzivliyinin və
davamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən kiçik və
orta bizneslərə
xidmət göstərir. Bankın səhmdarları sırasında
Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın
14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir
və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə
davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar
.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün
151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya
bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)
müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən
25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında
fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu,
Tbilisi prospekti 3 ünvanında yerləşir.