Advertisement

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Bakı. Trend:

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və
xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının
açılması qaydasını asanlaşdırıb. Belə ki, sahibkar fiziki və hüquqi
şəxslərin hesab açması və kart sifariş etməsi üçün filiala
yaxınlaşmasına ehtiyac yoxdur. Artıq Rabitəbank müştəriləri
istədikləri yerdən biznes hesabını rahatlıqla açmaqla biznesini
inkişaf etdirə bilər.

Hesabın açılması prosesi Rabitəbankın rəsmi internet səhifəsi
üzərindən həyata keçirilir. Müştəri “ASAN İmza” vasitəsilə sistemə
daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Daha sonra
müştəri özünə uyğun olaraq videogörüş üçün vaxt
müəyyənləşdirir.

Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və
əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir və
imzalanması üçün müqavilələri göndərir. Beləliklə, bank hesabının
açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi
tamamlandıqdan sonra Rabitəbank tərəfindən hesablar avtomatik
açılır.

Məsafədən hesab açılma prosedurunu İnternet Bankçılıq sistemi
üzərindən- https://rbt.az/mh həyata
keçirə bilərsiniz.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28
xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.