![]()
Bakı. Trend:
“McDonald’s Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir
tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı
şəhərində açılıb.
Restoran Azadlıq prospekti 100 (“Olympus Nəsimi” yaşayış
kompleksinin yanı) ünvanında yerləşir.
Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi, zərifliyi və
rahatlığı özündə birləşdirən “A Touch of Archery” unikal dizaynı
ziyarətçilər üçün xüsusilə komfortlu atmosfer yaradır.
184 yerlik restoran iki mərtəbədən ibarətdir. Burada qonaqlara
tez və effektiv xidmət göstərmək üçün interaktiv özünəxidmət
köşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF (Experience of
the Future) kimi innovativ texnologiyalar tətbiq olunur.
Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbul
etməyə imkan verən “Table Service” xidməti təklif edir.
Ziyarətçilər “McCafe”də müxtəlif isti içkilərin və desertlərin
geniş seçimindən həzz ala, həmçinin restorana daxil olmadan
sifarişlər verməyə və onları qəbul etməyə imkan verən rahat
“ekspress pəncərə” xidmətindən yararlana bilərlər.
Onu da qeyd edək ki, qonaqlar yaxın vaxtlarda açıq terrasdan
istifadə edə biləcəklər. Ən kiçik qonaqlar üçün isə ikinci
mərtəbədə uşaq əyləncə güşəsinin quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, restoranda hazırda 100-ə yaxın əməkdaş çalışır.
“McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2400 nəfərdən çox
Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan
“McDonald’s” şirkəti 25 ildən artıqdır ki, yerli istehsalın
genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun
inkişafına öz töhfəsini verir.
“McDonald’s” Azərbaycanın tədarük və logistika, işəgötürmə kimi
iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli
şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s.
şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.



























