Advertisement

Rəşad Sadıqov getsə, daha yaxşı olar – Ceyhun Sultanov

Bakı. Trend:

Rəşad Sadıqov perspektivli məşqçilərimizdəndir.

Trend xəbər verir ki, bunu
İdman.biz
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Rəşad Sadıqovun ölkə xaricindən, xüsusən də Rusiya, Türkiyə
liqalarından təklif olduğu halda düşünə biləcəyi fikrinə münasibət
bildirib. Sultanovun sözlərinə görə, “Zirə” Avropa Liqasında
iştirak hüququ qazansa da, qazanmasa da yığmanın sabiq kapitanı
üçün kənarda çalışmaq daha uyğun olar: “Düşünürəm ki, gəncdir və
qarşıda böyük işlər görə bilər. Rəşad belə etsə, bu həm onun üçün,
həm də futbol ictimaiyyəti üçün yaxşı olar. Yalnız Qurban
Qurbanovun getməsini istəməzdim. Çünki onlar fərqli-fərqli
yerdədirlər. Qurbanov 16 ildir ki, “Qarabağ”ın baş məşqçisidir və
müəyyən struktur qurub. Bunun da dağılmağını istəməzdim. Amma
Sadıqov gedib özünü xaricdə sınaya bilər. Bu cür addım atsa, məncə
düzgün seçim ola bilər”.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin yayından “Zirə”ni
çalışdırır.