
Bakı. Trend:
Yanvar-mart aylarında Azərbaycandakı magistral təbii qaz
kəmərləri ilə 11 milyard 133,6 milyon kubmetr təbii qaz nəql edilib
və əvvəlki ilin eyni aylarına nisbətən 1,2 faiz artım müşahidə
olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, üç
ayda qaz nəqlinin 50,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz
Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu
kəmərlə təbii qaz nəqli 1,3 faiz artaraq 5 milyard 582,1 milyon
kubmetr təşkil edib.



























