Advertisement

“Qaralar”la son sınaq – Trend.Az

Bakı. Trend:

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar
Turnirində XIII turun oyunları baş tutacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, iştirakçılar bir günlük fasilədən sonra
lövhə arxasına keçəcəklər.

Azərbaycan şahmatçısı Nicat Abasov sonuncudan əvvəlki turda
Vidit Santoş Qujrati ilə üz-üzə gələcək. 29 yaşlı təmsilçimiz qara
fiqurlarla axırıncı sınağına çıxacaq.

İddiaçılar Turniri
XIII tur, 20 aprel

Yan Nepomnyaşi – Hikaru Nakamura
Rameşbabu Praqnanandja – Fabiano Karuana
Vidit Santoş Qujrati – Nicat Abasov
Dommaradju Qukeş – Alireza Firuzca

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2.
Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 7,5, 4. Fabiano
Karuana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6.
Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) –
4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XIV turun matçları aprelin 21-də təşkil olunacaq.
Ağ fiqurlarla oynayacaq Nicat turnirdəki son matçında Rameşbabu
Praqnanandja ilə üz-üzə gələcək.