
Bakı. Trend:
Moskvada keçirilən MMA üzrə “Hardcore” turnirində kütləvi dava
düşüb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, erməni döyüşçü Arkadi Osipyan bir qrup
şəxs tərəfindən döyülüb.
İranlı idmançı Əli Heybəti isə rinqdəki qıza təpik vurub.
Promouşendən bildiriblər ki, idman qurğusuna bir qrup naməlum şəxs
daxil olub və bununla bağlı istintaq başlayıb.
İranlı idmançı cərimələnəcək və yarışlardan kənarlaşdırılacaq.
Kütləvi davanın digər iştirakçılarını da eyni cəza gözləyir.
Arkadi və Əli arasında qarşılaşma gecənin əsas döyüşü olub.
Görüş bitdikdən sonra zalda kütləvi dava başlayıb. Yaşananların
foto və videosunu paylaşan “Hardcore” davanın bütün iştirakçılarını
diskvalifikasiya edəcəyini bildirib.
Mühafizəçilərdən yayınan naməlum şəxslərdən ibarət qrup bir neçə
nəfəri, o cümlədən idmançıları döyüb. Zərərçəkənlər arasında
mühafizəçilər də var.
Dava-dalaşı təşkil etməkdə ittiham olunan və yerə yıxılan
ermənini təpikləyən Nəbi Nəbiyev yarışlardan kənarlaşdırılıb.
Heybəti rinqdəki qızı təpikləməsinin səbəbini onun geyimindən
narazı olması ilə izah edib və üzr istəyib. Ona ödəniləcək bütün
qonorar zərərçəkən qıza veriləcək. İdmançı isə ömürlük
diskvalifikasiya ediləcək.





























