Advertisement

BVF COP29-un Azərbaycanda uğur əldə etməsi üzərində çalışmaq niyyətindədir – Kristalina Georgiyeva

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) COP29-un Azərbaycanda uğurla
keçirilməsini təmin etmək işinə sadiqdir.

Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı
direktoru Kristalina Georgiyeva “X” platformasında yazıb.

“Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi
Bankının sədri Taleh Kazımov və COP29-un prezidenti Muxtar
Babayevlə möhtəşəm görüşümüz keçdi. Azərbaycanda iqlim hədəflərinin
dəstəklənməsinə sadiqik və noyabr ayında Bakıda COP29-un uğurla
keçirilməsi üzərində çalışırıq”, – paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun