Advertisement

Qrup hərəkətləri komandamızın rəqibləri müəyyənləşib

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda final
mərhələsinə yüksələn Azərbaycanın 5 halqa ilə qrup hərəkətləri
komandasının bütün rəqibləri bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, təmsilçimiz kimi İtaliya, İspaniya,
Bolqarıstan, Çin, Ukrayna, Yaponiya və Meksika da “səkkizliy”ə
yüksəlib.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta
Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız
final mərhələsinə 3-cü yerin sahibi kimi vəsiqə əldə edib.
Gimnastlarımız bu gün üç lent və iki topla da çıxış edəcəklər.