
Bakı. Trend:
Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii
gimnastika üzrə Dünya Kubokunda daha bir finala yüksəlib.
Trend xəbər verir
ki, Zöhrə Ağamirova lentlə hərəkətlər proqramında finala çıxıb.
Təsnifat mərhələsində gimnastımız 30,650 xalla beşinci yeri
tutub.
Z.Ağamirova bu gün gürzlərlə hərəkətlər proqramını da təqdim
edib. Bu proqramda idmançı 31.000 xalla 12-ci yeri tutdu.
Kamilla Seyidzadə lentlə hərəkətdə 28.600 xalla 22-ci, gürzlərlə
hərəkətlər proqramında isə 14-cü (30.900 xal) yeri tutub.
Xatırladaq ki, bir gün əvvəl Zöhrə Ağamirova halqa ilə
hərəkətlər proqramının finalına çıxıb.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.





























