Advertisement

Almaniyalı gimnast Dunya Kubokunda fərdi çoxnövçülükdə birinci yeri tutub

Bakı. Trend:

Almaniyalı gimnast Daria Varfolomeyev 138,150 xalla bədii
gimnastika üzrə Dünya Kubokunda fərdi çoxnövçülükdə birinci yeri
tutub.

Trend xəbər verir ki, ikinci yeri bolqarıstanlı Elvira
Krasnobayeva tutub, onun fərdi çoxnövçülükdə nəticəsi 134,950 xal
olub. Üçüncü yerdə 130,700 xalla İtaliyanı təmsil edən Sofiya
Raffaeli qərarlaşıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova çoxnövçülükdə 8-ci (125,850
xal), Kamilla Seyidzadə isə 23-cü yeri (118,450 xal) tutub.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.