
Bakı. Trend:
Qrup hərəkətləri üzrə Azərbaycan komandası bədii gimnastika üzrə
çoxnövçülük üzrə Dünya Kubokunda bürünc medal qazanıb.
Trend xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva,
Yelizaveta Luzan, Daria Sorokina, Ləman Əlimuradova və Zeynəb
Hümmətovanın daxil olduğu Azərbaycan komandası 69.050 xalla (iki
proqram üzrə ümümi xal – beş halqa ilə, həmçinin üç lent və və iki
topla) üçüncü yeri tutub.
Çoxnövçülükdə birinci yeri İspaniya komandası (70,450 xal),
İtaliya komandası ikinci yerdə (70,150 xal) qərarlaşıb.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.





























