Advertisement

Avropa kuboku: Cüdoçularımız 1 qızıl və 1 bürünc medal qazanıblar

Bakı. Trend:

İtaliyanın Liqnano şəhərində cüdoçu gənclər arasında Avropa
Kubokuna start verlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə
Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

60 kq çəkidə Nizami İmranov bütün rəqiblərinə qalib gələrək
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Musayev (66 kq)
isə 3-cü yeri tutub.

Qeyd edək ki, ilk günündə oğlanlar arasında 2 çəki dərəcəsində 6
cüdoçumuz tatamiyə çıxıb.