
Bakı. Trend:
Bakının 2026-ci ildə dünyanın idman paytaxtı olması ilə bağlı
namizədliyi irəli sürülüb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman
şöbəsinin müdiri Elnur Məmmədov Milli Gimnastika Arenasında Bakı
şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən
mətbuat konfransında deyib.
Qurum rəsmisi bildirib ki, sevindirici haldır ki, bu namizədlik
müsbət qarşılanıb və bununla bağlı kitab dərc olunub: “Ölkəmizə
gələn Avropanın İdman Paytaxtları Federasiyasının üzvləri
paytaxtımızı geniş şəkildə gəzmiş və adət-ənənələrimizlə tanış
olublar”.





























