Advertisement

İspaniya La Liqası: “Real Madrid” “Barselona”nı məğlub edib

Bakı. Trend:

“Real Madrid” futbol üzrə İspaniya çempionatının 32-ci turu
çərçivəsində evdə “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Madriddəki “Santiaqo Bernabeu”
stadionunda keçirilib.

“Real”ın heyətində qolları Vinisius (18-ci dəqiqə, penalti),
Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurublar. “Barselona”ın
heyətində Andreas Kristensen (6) və Fermin Lopez (69)
fərqləniblər.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla “Real” başçılıq
edir. “Barselona” 70 xalla ikinci yerdədir.