Advertisement

“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib

Bakı. Trend:

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha
bir mümkün rəqibi müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, “Virtus” Azərbaycan çempionunun 4-cü
mümkün rəqibi olub.

Bu klub San-Marinoda çempion titulunu qazanıb. “Cırtdan ölkə”
təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Bu üzdən də “Virtus” “Panevejis”, “Ordabası” və “Vikinqur” kimi
səpələnmiş olan “Qarabağ”ın potensial rəqibidir. Macarıstanda ən
güclü olan “Ferensvaroş” isə Ağdam klubu ilə eyni səbətə düşüb.

Səpələnmişlər
“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Virtus” (San-Marino)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə
aparacaq.