Advertisement

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bakı. Trend:

“Startap” şəhadətnaməsi verilmiş layihələr təhsil, ictimai-iaşə,
İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn
platformaların, mobil tətbiqlərin yaradılmasını, müxtəlif
cihazların istehsalını nəzərdə tutur.

2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar
“Startap” şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar
2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən
olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro
və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə
qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq subyektlərin 11-i
hüquqi, 5-i fiziki şəxsdir. Onlardan 15-i mikro, 1-i isə kiçik
sahibkarlıq subyektidir.

“Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai-iaşə,
İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn
platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və
qurğuların istehsalını nəzərdə tutur.

Ümumilikdə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə
“Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.

KOB subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət
etməlidir.

Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi