
Bakı. Trend:
Energetika Nazirliyinin təşəbbüsü və Masdar şirkətinin dəstəyilə
Nazirlik yanında İctimai şura üzvləri 230 MVt gücündə “Qaradağ”
Günəş Elektrik Stansiyasına səfər ediblər.
Şura üzvləri müasir elektrik enerjisi istehsalı müəssisəsinin
fəaliyyəti ilə tanış olublar, onlara stansiyanın tikintisi,
istismarı və şəbəkəyə inteqrasiyası prosesi, yaşıl enerji istehsalı
göstəriciləri, həmçinin digər texniki, iqtisadi, ekoloji və sosial
aspektlər barədə geniş məlumat verilib.
Səfər iştirakçıları stansiyada çalışan mütəxəssislərlə
ünsiyyətdə olublar. Şura üzvlərinə günəş enerjisi istehsalının
spesifik xüsusiyyətləri izah edilib və onları maraqlandıran suallar
ətraflı cavablandırılıb.



























