
Bakı. Trend:
Braziliyalı müdafiəçi Tyaqo Silva mövsümün sonunda “Çelsi”ni
tərk edəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bununla bağlı tərəflər yaxın günlərdə
rəsmi açılqama verəcəklər.
Yanvarda Silva “Çelsi”nin yeni təklifini qəbul etməyib. Tyaqo
Braziliyaya dönmək arzusunda olduğunu bildirib. Onun “Fluminense”yə
keçəcəyi gözlənilir.
Qeyd edək ki, 39 yaşlı müdafiəçi 2020-ci ildən London klubunda
çıxış edir. O, 2021-ci ildə “Çelsi”nin heyətində Çempionlar Liqası
kubokunu qazanıb.





























