Advertisement

İnzaqi Mourinyonu keçib, “üçlüy”ə düşüb

Bakı. Trend:

Simone İnzaqi “İnter”in tarixinə üç ən titullu baş məşqçidən
biri kimi düşüb.

Trend İdman.biz
istinadən xəbər verir ki, mütəxəssis Milan klubunda 6-cı zəfərini
yaşayıb.

Onun yetirmələri A seriyasının XXXIII turunda “Milan”a 2:1
hesabı ilə qalib gələrək İtaliya çempionu olublar. 48 yaşlı
çalışdırıcı bunadək iki dəfə ölkə kuboku, üç dəfə Superkuboka sahib
çıxıb.

İnzaqi “İnter”dəki titul sayında Joze Mourinyonu keçib.
Portuqaliyalının 5 uğuru var.

A seriyasının yarandığı 1929/30 mövsümündən indiyədək yalnız iki
baş məşqçi “İnter” də daha çox titula sahib çıxıb. Elenio Errera və
Roberto Mançininin hərəyə 7 uğuru var.

Qeyd edək ki, “İnter” 20-ci dəfə A seriyasının çempionu
olub.