Advertisement

Bu il 7 mlrd. kVt-saatdan artıq elektrik enerjisi istehsal olunub

Bakı. Trend:

Azərbaycanda bu ilin I rübündə elektrik enerjisinin istehsalı 7
129,3 mln. kVt-saat, ixrac 360,3 mln. kVt-saat, idxal 44,3 mln.
kVt-saat olub.

Trend-in xəbərinə görə, bu
barədə energetika naziri Pərviz Şahbazov özünün “X” sosial
şəbəkəsindəki paylaşımında qeyd edib.

“Yanvar-mart aylarında İES-lər üzrə 6519,2 mln. kVt-saat, su da
daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 mln. kVt-saat
artımla 610,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, – o
paylaşımda qeyd edib.