Advertisement

Azər Türk Bank daha bir filialını istifadəyə verdi (FOTO)

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini
genişləndirməkdə davam edir.

Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə
açılan fiziki şəxslərə və kiçik və orta biznes sahiblərinə bütün
növ bank xidmətləri göstərən “Sumqayıt KOB ofisi və Rəqəmsal
filialı”nı müştərilərinin ixtiyarına verdi.

Müasir tipli bu yeni ofis şəhərin Heydər Əliyev
prospekti, 208C
ünvanında yerləşir.

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, burada da xidmət
və məhsullar, əməliyyatlar elektron formatda təklif edilir.

Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda fiziki şəxslərə
müxtəlif növ kreditlər
ödəniş kartlarının əldə
edilməsi, depozit
yerləşdirilməsi daxil olmaqla hər cür bank xidmətləri
göstərilir.

Yeni nəsil ATM və terminallar 24/7 müştərilərin
xidmətində olacaq. Burada müştərilər təmassız əməliyyatları
dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə
mədaxil və məxaric əməliyyatlarını yerinə yetirə biləcəklər.

KOB ofisi
olaraq burada kiçik və orta biznes nümayəndələrinə bizneslərini
inkişaf etdirmək və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün
əlverişli şərtlərlə kreditlər təklif edilir.

Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına
tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da
artırılması istiqamətində işlərini davam etdirir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770
945
, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə
bilərsiniz.