Advertisement

ABB-nin ATM-lərində yenilik! – Trend.Az

Bakı. Trend:

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB
öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu
yenilik ATM-lər vasitəsilə bank xidmətlərini daha asan və çevik
əldə etməyə imkan yaradır.

Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnız
nağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdim
etdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər.
ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini Azerikard və
CASPA şirkətləri ilə birgə həyata keçirir.

ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan AniPay-lə mədaxil
xidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. AniPay
ödəniş sistemində (AniPay tətbiqi) qeydiyyatdan keçmiş bütün
müştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bank
hesabına komissiyasız mədaxil edə bilərlər. Heç bir komissiya və ya
limit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadə
müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.

Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub.
Həmin ATM hazırda Bankın Mərkəzi filialında yaradılmış muzeydə
eksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFC
əməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyə
başlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-i
Bakıda, 463-ü regionlardadır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək
olar.