Advertisement

Azərbaycandan turist axını artıb – Trend.Az

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə
gedən ölkə vətəndaşlarının sayı 31,7 % artaraq 472,3 min nəfər
olub.

Trend bu barədə Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i
Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər
ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6
%, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1
%, Rusiyaya gedənlərin sayı 20,1 % artıb.

Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib.
Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3
%-i isə dəniz nəqliyyatından istifadə edib.