Bakı. Trend:
İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun
keçirilib.
Trend-in
məlumatına görə, London derbisində “Arsenal” doğma meydanda
“Çelsi”ni qəbul edib. Görüş “topçular”ın 5:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.
Bu nəticədən sonra xallarını 77-yə çatdıran “Arsenal” liderliyə
yüksəlib. “Liverpul” 74 xalla ikinci, rəqibindən bir xal az
toplayan “Mançester Siti” isə üçüncü pillədə qərarlaşıb.




























