Bakı. Trend:
İtaliya kubokunda ilk finalçı bəlli olub.
Trend-ə İdman.biz-ə istinadən
xəbər verir ki, “Yuventus” həlledici oyuna vəsiqə qazanıb.
“Qoca Sinyora” iki matçın nəticəsinə görə, “Latsio”nu
mübarizədən kənarlaşdırıb. Öz meydanında 2:0 hesabı ilə qalib gələn
Turin klubu səfərdə Milikin 84-cü dəqiqədə qol sayəsində finala
yüksəlib. Hesab 2:0 “Latsio”nun xeyrinə olarkən polşalı forvard
vacib qola imza atıb.
Qeyd edək ki, yarımfinalın digər cavab oyununda “Atalanta”
“Fiorentina”nı (0:1) qəbul edəcək.




























