Advertisement

Azərbaycan nefti bahalaşıb – Trend.Az

Bakı. Trend:

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,17 % artaraq 89,33 ABŞ
dolları təşkil edib.

Bu barədə Trend-ə neft
bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun
fyuçerslərinin qiyməti 88,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta
qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci
il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci
ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft
əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi
haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.