
Bakı. Trend:
“Premyer Liqada oynamaq üçün lisenziyalaşdırma ilə bağlı lazımı
addımları uğurla tamamladıq”.
Trend istinadən xəbər verir
ki, bunu İdman.biz-ə “İmişli” futbol klubunun idman direktoru
Tamerlan Bəkirzadə deyib.
Premyer Liqaya yüksəlməyi hədəfləyən I Divizion təmsilçisinin
rəsmisinin sözlərinə görə, tələb olunan bütün öhdəlikləri yerinə
yetiriblər:
“Proses zamanı komanda səfərbər oldu. Bütün tələb olunan
meyarları həll etmişik. Bu mühüm işi uğurla başa vurduğumuz üçün
qürur duyuruq”.
Qeyd edək ki, Əsgər Abdullayevin baş məşqçisi olduğu “İmişli” 43
xalla I Divizionda 2-cidir. Turnir cədvəlinə 48 xalla “Qaradağ
Lökbatan” başçılıq edir.





























