
Bakı. Trend:
Azərbaycan və Qazaxıstanın yükdaşımalar sahəsində dərinləşən
əməkdaşlığı çərçivəsində Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyası (ABADA) ilə Qazaxıstan
Respublikasının
“İriqabaritli və ağırtonnajlı yük daşıyıcıları Milli Assosiasiyası”
(İADMA) arasında görüş keçirilib.
Trend xəbər verir ki, görüşdə hər iki ölkənin
avtodaşıyıcılarının bu sahədə rastlaşdıqları problemlər, nəqliyyat-
logistika xidmətlərinin gələcək inkişafı, kiçik və orta
sahibkarlığın dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi,
daşımaların dayanıqlı inkişafının təmin edilməsi üçün birgə
fəaliyyət, Orta Dəhlizin təşviqi və digər məsələlər müzakirə
edilib.
Tərəflərin qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi
aparılıb. Sonda ABADA və İADMA arasında müvafiq Memorandum
imzalanıb.



























