Advertisement

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürdü (FOTO)

Bakı. Trend:

Bu gün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük
Federasiyasının, Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı,
Bakı Su İdmanı sarayının dəstəyi ilə üzgüçülük idman növü üzrə açıq
Azərbaycan çempionatı start başlayıb.

Trend xəbər verir ki, Bakı Su İdman sarayında təşkil olunan
yarışlara 3-cu idman dərəcəsi olan idmançılar qatılıb.

İdmanşıların rəsmi paradından sonra açılış mərasimində çıxış
edən Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini
Tamerlan Abdullazadə yarış iştirakşılarını salamladı və vurğulayıb
ki, Azərbaycan Gənclər və İdman Nazirliyi,Üzgüçülük Federasiyasının
təşkilatçılığı ilə bu kimi yarışlar həm Bakıda, həm də regionlarda
təşkil olunur ki, bu da ölkəmizdə bu idman növünə marağın artmasına
yardımçı olur.

Federasiya rəsmisi vurğulayıb ki, belə idman tədbirlərinin
təşkili yerlərdə perspektivli üzgüçülərin vaxtında aşkar
edilməsində, onlar milli komandanın tərkibinə cəlb olunmasında
vacib rol oynayır.

Çıxış edən Azərbaycan Gənclər və İdman Nazirliyinin 2024-cü il
üçün idman səfiri seçilmiş tanınmış taekvandoçu Fəridə Əzizova
çıxış edərək, ölkəmizdə idmanın bütün növlərinə, eləcə də, su
idmanı növlərinə dövlət başçısı tərəfindən böyük diqqət və qayğının
olduğunu, bunun nəticəsində də bütün sahələrdə idmançılarımızın
beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsindən danışıb.
Sonra yarışlara start verilib.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının
Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən
açıq çempioanatda Bakı və Sumqayıtdan, o cümlədən, Gəncə,Quba,
Şəki, Mingəçevir şəhərlərindən 23 müxtəlif klubun və idman
cəmiyyətlərinin idmançıları güclərini sınayırlar. Yarışda
Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan Respublikasının Tbilisi
klunun üzgüçüləri də mübarizə aparırlar.

Ümumilikdə 200-dən çox idmançının mübarizə apardığı birincilikdə
üzgüçülər 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst
üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və
batterfley üsullarda üzəcəklər. 4 gün davam edəcək yarışın sonunda
qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi.
Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla
təltif olunacaqlar.