
Bakı. Trend:
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə
keçiriləcək Dünya kubokunda iştirak edəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığmanın heyətində 2 idmançı yer
alıb.
Məşqçi Aleksandra Reyşin rəhbərliyi ilə Mədinə Dəmirova və Alina
Məmmədova fərdi proqramda çıxış edəcəklər. Dünya kubokunda
azərbaycanlı hakim Vəfa Bəkərova ədaləti qoruyacaq.
Qeyd edək ki, Dünya kuboku aprelin 26-28-də baş tutacaq.





























