Advertisement

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4
final döyüşləri keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan
millisinin daha 1 idmançısı qələbə qazanaraq yarımfinala
yüksəlib.

63,5 kq Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya)
ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib.
Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına
5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O,
yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini
sınayacaq.

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb.
Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilarımız bu
mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də
yarımfinalda iştirak hüququ qazanıb.