
Bakı. Trend:
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell
yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru
Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində
keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə
bölüşdü.
“Yeni Bakcell-in məqsədi Azərbaycanın dəyərli xalqına innovativ
xidmətlər təqdim etməkdir. Yeni brend kimliyimiz zahiri görünüş,
məzmun və mövqeləndirmə müstəvisində cəsarətli dəyişiklikləri əks
etdirir. Bununla biz, Bakcell daxilində fəaliyyətimizin məqsədini
yeni istiqamətə yönləndirəcəyik. Diqqət mərkəzimizdə sırf
yeniliklər dayanacaq. Azərbaycana vacib olan və əhəmiyyət kəsb
edəcək innovasiyaların gətirilməsi bundan sonra da bizim yolumuzu
şimal ulduzu kimi istiqamətləndirəcək”, – Klaus Müller
vurğulayıb.
Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz
şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir.
Beləliklə, Bakcell-in şimal ulduzu bəzən insanları, bəzən
məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək
bir-birinə bağlayır. Bu innovativ dizayn Bakcell-in rəqəmsal
gələcəyə sürətli sıçrayışının təcəssümüdür.
Mətbuat konfransında süni intellektlə dəstəklənən insanabənzər
robot təqdim edən Bakcell şirkəti, bununla Bakcell-in müştəriləri
ilə qarşılıqlı əlaqəsi və işçi qüvvəsinin potensialını artırmaq
üçün yeni innovativ brend kimliyində süni intellektin istifadəsini
təsdiqləyib. Bakcell-in hədəfi qarşıdan gələn innovasiyalar
silsiləsi vasitəsilə bütün Azərbaycan ərazisində, xüsusən də
Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan
Qarabağda ən sürətli mobil şəbəkəni təmin edərək dəyər təkliflərini
artırmaqdır.
Ötən il Bakcell şirkəti yeni brend kimliyinin konsepsiyasının
hazırlanmasını Meta və Alphabet kimi beynəlxalq miqyasda tanınmış
brendlərlə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti “Saffron”a
həvalə edib. Bakcell inqilabi yeni innovativ yanaşmanı bütün dəyər
zənciri boyunca təqdim etdi. Bakcell əsas təchizatçısı Azerconnect
ilə əməkdaşlıq edir və onlar birlikdə Cisco, Huawei, Nokia,
Ericsson və digərləri kimi qabaqcıl beynəlxalq təchizatçı və
tərəfdaşlarla çalışırlar. Buraya həmçinin Neqsol ailəsi
çərçivəsində Vodafone Ukrayna və onun tərəfdaşı Vodafone qlobal da
daxildir.
Artıq bir sıra yeniliklərə start verilib. Növbəti günlərdə
ChatBot və VoiceBot (Apple-ın Siri-yə bənzər məhsulu) kimi süni
intellekt əsaslı danışıq assistentlərimiz müştərilərə təqdim
ediləcək. Danışıq assistentlərimiz dərin öyrənmə sahəsində LLM və
GPT kimi ən son nailiyyətlərlə təchiz edilmişdir.
Bakcell telefonların satışına başlayır və cihaz ilə birlikdə,
yalnız Bakcell kimi bir telekommunikasiya şirkətinin təklif edə
biləcəyi və olduqca əlverişli xidmət təkliflərini müştərilərə
təqdim edir. Tezliklə Bakcell innovativ və hazırda Azərbaycanda
mövcud olan istənilən sürətdən daha sürətli ev internet xidmətləri
təqdim edəcək.
Hər zaman Azərbaycan xalqının yanında olan Bakcell, yenicə elan
etdiyi brend kimliyini bugündən başlayaraq bütün ölkə miqyasında,
müştəriləri və abunəçiləri ilə qeyd etməyə hazırlaşır. Belə ki, ilk
rebrendinq təqdimat tədbiri bu gün, 25 aprel tarixində Bakı
Bulvarında baş tutacaq. Tədbirin detalları ilə bağlı məlumat
Bakcell şirkətinin sosial media kanallarında
paylaşılıb. Növbəti tədbirlər regionlarda davam edəcək.
Şirkət haqqında: Bakcell 3 milyondan çox
abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Az
əvvəl Bakcell korporativ müştərilərinə sabit kommunikasiya
xidmətləri təklif etməyə başlayıb. Şirkət NEQSOL Holding beynəlxalq
şirkətlər qrupunun tərkibinə daxildir.



























