
Bakı. Trend:
Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində
keçirilən Qran-Pri turnirində medal qazanıb.
Trend-in
məlumatına görə, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid
Mollayi bürünc medal uğrunda görüşdə özbəkistanlı Nurbek
Murtozoyevə qalib gəlib.
Yığmanın digər üzvləri Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər
ikisi 73 kiloqram) isə turniri medalsız başa vurublar.
Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66
kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov
(66 kiloqram) isə bürünc medalın sahibi olublar.





























