
Bakı. Trend:
Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununu
idarə edəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, FIFA dərəcəli referi 34-cü turun
“Panatinaikos” – “Aris” matçına təyinat alıb.
Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətt
hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü
funksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə
Andrea Fotopulos və Kamal Umudlu olacaq.
“Panatinaikos”a türkiyəli mütəxəssis Fatih Terim başçılıq edir.
Onun komandası 71 xalla 2-ci, “Aris”49 xalla 5-ci pillədə
qərarlaşıb. Aprelin 28-də keçiriləcək görüş saat 21:30-da start
götürəcək.
Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının qərarına əsasən
yüksək yerlər uğrunda yarışan komandaların oyunlarını əcnəbi
hakimlər idarə edirlər.





























